SƏRRAF QASIMIN DİNİ YARADICILIĞI - (Tədqiqatçı araşdırması)
Görkəmli ustad şair Sərraf Qasımın zəngin bədii irsində və şərəfli ömür yolunda onun dini-fəlsəfi yaradıcılığı müstəsna və şərəfli bir yer tutur. İlahidən gələn böyük istedadını, qələmini və bədahətən söz demək qüdrətini İslam dəyərlərinin tərənnümünə, Əhli-beyt sevgisinə həsr edən Sərraf Qasım el arasında “Əhli-beyt şairi” və “Haqq aşığı” (Haqqın, ədalətin və mənəvi həqiqətlərin səsini ucaldan el sənətkarı) kimi tanınmış və sevilmişdir. Bir saz-söz sənətkarı kimi hər zaman mənəvi dəyərlərə üstünlük verən şairin dini-fəlsəfi lirikasında nəfsin tərbiyəsi, halallıq, dünyagörmüşlük, İlahi ədalətə inam və İslam əxlaqı anlayışları ana xətt təşkil etmişdir. Onun yaradıcılığındakı bu istiqamət təkcə dini ehkamların şeirə çevrilməsi deyil, bütövlükdə insanı kamilliyə, Allaha və ali mənəviyyata səsləyən uca bir məktəb olmuşdur. O, sözün sehri ilə İslam əxlaqını xalqın qəlbinə, şüuruna güclü bir şəkildə həkk etməyi bacarmışdır. Xüsusilə də ahıl çağlarından etibarən ömrünün sonuna qədər zəngin sö...