Kayıtlar

Ağustos, 2026 tarihine ait yayınlar gösteriliyor

ELMAR HÜSEYNOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ XATİRƏLƏR

✅ ELMAR ƏLƏKBƏROĞLU HÜSEYNOV  Yazıçı, jurnalist, AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin sabiq tədqiqatçısı, Sərraf Qsımın “Hüseyn matəminə qərq olanlar gəlsin” adlı kitabının redaktoru   ✦─── ✦─── ✦ Elmar Hüseynovun Sərraf Qasım haqqında səsləndirdiyi xatirələr   ✦─── ✦─── ✦ Naxçıvanın sazlı-sözlü mühitində özünəməxsus iz qoymuş tanınmış şair Rüstəmli Sərraf Qasımın zəngin ədəbi irsi hər zaman tədqiqatçıların və söz xiridarlarının diqqət mərkəzində olmuşdur. Şairin dini-fəlsəfi görüşlərini və əhli-beyt sevgisini özündə təcəssüm etdirən “Hüseyn matəminə qərq olanlar gəlsin” adlı kitabı da bu zəngin irsin mühüm tərkib hissəsidir. Təqdim olunan bu xatirə mətni həmin kitabın hazırlayıcısı və redaktoru, yazıçı-jurnalist, AMEA-nın Naxçıvan bölməsinin Folklorşünaslıq şöbəsinin sabiq tədqiqatçısı Elmar Ələkbəroğlu Hüseynovun qələminə aiddir. Sözügedən kəlamlar Elmar Hüseynovun redaktoru olduğu “Hüseyn matəminə qərq olanlar...

MİRƏLİ KƏRİMOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

Resim
✅ MİRƏLİ KƏRİMOV El ağsaqqlı, Şahbuz rayonu Yuxarı Qışlaq kəndinin axundu ✦─── ✦─── ✦ Mirəli Kərimovun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər   ✦─── ✦─── ✦ Hər kəlməsində hikmət və dərin bir irfan yatan Sərraf Qasım təkcə yaratdığı sənətlə deyil, həm də yaşatdığı insani dəyərlərlə yaddaşlarda dərin iz buraxmışdır. Mirəli Kərimovun onun mənəvi dünyası, halallıq sevgisi və ağsaqqallıq məqamı haqqında söylədiyi təsirli xatirələr sənətkarın uca şəxsiyyətini bütün aydınlığı ilə gözlər önünə sərir.  Mirəli Kərimovun 09 fevral 2019-cu il tarixində Sərraf Qasımın anım mərasimində çıxış edərkən ustad şairin mənəvi ucalığı və nümunəvi ömür yolu barədə səsləndirdiyi dəyərli fikirləri aşağıda video və mətn formatında təqdim edirik:  ✦─── ✦─── ✦ Mərhum Sərraf Qasım evdən yox, eldən gedən insanlardan, şairlərdən və elm adamlarından idi. Ona görə də elə bir sahə, elə bir yer olmazdı ki, Sərraf Qasım həmin sahədə öz ağsaqqallığını eləməsin. Mən təsəvvür eləmirəm ki, doğrudan da ta...

MİRDAMƏD SEYİDOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

Resim
✅ MİRDAMƏD SEYİDOV El ağsaqqlı, Şahbuz rayonu Aşağı Qışlaq kəndinin axundu ✦─── ✦─── ✦ Mirdaməd Seyidovun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər   ✦─── ✦─── ✦ Hər kəlməsində hikmət və dərin bir irfan yatan Sərraf Qasım təkcə yaratdığı sənətlə deyil, həm də yaşatdığı insani dəyərlərlə yaddaşlarda dərin iz buraxmışdır. Sərraf Qasımın zəngin irsi, mənəvi dünyası və insani keyfiyyətləri onu tanıyanların hafizəsində hər zaman uca tutulmuşdur. Sənətkarın elminə, ədəbinə və ağsaqqallıq məqamına şahidlik edən həmkəndlisi Mirdaməd Seyidovun səmimi xatirələri bu baxımdan xüsusi dəyərə malikdir.  Mirdaməd Seyidovun 09 fevral 2019-cu il tarixində Sərraf Qasımın anım mərasimində çıxış edərkən ustad şairin mənəvi ucalığı və nümunəvi ömür yolu barədə səsləndirdiyi dəyərli fikirləri aşağıda video və mətn formatında təqdim edirik:  ✦─── ✦─── ✦ Sərraf Qasım hər sözüdnə, hər kəlməsinndə sərraf idi. Yəni sözdən söz seçə bilən, söz götürə bilən bilikli və elmli bir şəxsiyyət idi. Sərr...

DİLAVƏR ƏHMƏDOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

Resim
✅ DİLAVƏR ƏHMƏDOV El ağsaqqlı, Şahbuz rayonu Aşağı Qışlaq kənd orta məktəbinin sabiq müəllimi, keçmiş Sovxoz direktoru ✦─── ✦─── ✦ Dilavər Əhmədovun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər   ✦─── ✦─── ✦ El ağsaqqalı, Şahbuz rayonu Aşağı Qışlaq kənd orta məktəbinin sabiq müəllimi və keçmiş sovxoz direktoru Dilavər Əhmədovun xatirələri ustad Sərraf Qasımın həm zəhmətkeş mənəvi simasını, həm də zəngin bədii irsini canlı şahid kimi işıqlandırır. Uzun illər Sərraf Qasımla çiyin-çiynə çalışan Dilavər müəllim ustadın yüksək insani keyfiyyətlərindən, el-oba arasındakı nüfuzundan, sadəliyindən və samimiyyətindən bəhs edir. Söhbətdə ustadın hələ gənc yaşlarından başlayan yaradıcılıq yolu, aşıq poeziyasına gətirdiyi yeniliklər və onun şeirlərinin el aşıqlarının dilində necə əzbərə çevrilməsi böyük ehtiramla diqqətə çatdırılır.  Dilavər Əhmədovun ustad sənətkarın ömür yolu və sənət dünyası haqqında 20 iyul 2019-cu il tarixində ekskluziv olaraq “SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ” saytı üçün ...

ZAHİR HÜSEYNOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

Resim
✅ ZAHİR HÜSEYNOV  Kolanı Kənd Uşaq Musiqi Məktəbinin sabiq saz müəllimi, el ağsaqqalı, Sərraf Qasımın yaxın dostu və şəyirdi ✦─── ✦─── ✦ Zahir Hüseynovun Sərraf Qasım haqqında səmimi söhbətləri     ✦─── ✦─── ✦ Sərraf Qasımın yetirməsi və yaxın dostu, Kolanı Kənd Uşaq Musiqi Məktəbinin saz müəllimi Zahir Hüseynovun 3 hissədən ibarət xatirələri ustadın həm nurani şəxsiyyətini, mənəvi dünyasını, həm də zəngin bədii irsini və yaradıcılığını birinci mənbədən işıqlandırır. Bu söhbətlərdə Sərraf Qasımın Naxçıvanda təmənnasız təməlini qoyduğu saz məktəbi haqqında məlumatlar, ona "Sərraf" təxəllüsünün verilmə tarixçəsi, ibadət və xeyriyyəçilik əməlləri, eləcə də yetirmələrinə göstərdiyi ustad qayğısı geniş surətdə əks olunmuşdur. Eyni zamanda, Xalq şairi Zəlimxan Yaqub kimi görkəmli söz xiridarlarının Sərraf Qasım sənətinə və onun dərin mənalı bağlamalarına verdiyi yüksək dəyər xüsusilə vurğulanmış, həmçinin Zahir Hüseynov öz ustadı Sərraf Qasımı zəmanənin Ələsgəri adlandırmışdı...