“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)
Naxçıvan Dövlət Televiziyasının Ədəbi-bədii verilişlər redaksiyası tərəfindən hazırlanan “SAZIN, SÖZÜN SEHRİNDƏ” adlı populyar layihənin 01.03.2020-ci il tarixli xüsusi buraxılışı bütövlükdə Naxçıvan mühitində aşıq sənətinin inkişafına misilsiz töhfələr verən ustad Sərraf Qasımın sənət dünyasına həsr olunmuşdur. Geniş tamaşaçı marağına səbəb olan bu veriliş, çoxəsrlik regional ozan-aşıq ənənələrinin yeni mərhələdəki inkişafını ustadın zəngin irsi fonunda şərh etdiyi üçün sonrakı dövrlərdə də teleradio məkanında dəfələrlə təkrarən yayımlanmışdır.
Ekran layihəsinin baş redaktoru Məmməd Babayev, müəllifi Elmira Kərimova, aparıcısı isə Songül Vəliyeva olmuşdur. Verilişdə Sərraf Qasımın Şahbuzun Aşağı Qışlaq kəndindən başlayan ömür yoluna, onun gənc yaşlarında qazandığı elmi və bədii uğurlara, eləcə də regionda formalaşdırdığı mükəmməl aşıq-saz məktəbinə geniş şəkildə nəzər salınmışdır. Proqramın bədii-musiqili strukturunda ustadın bir sıra poeziya nümunələri Naxçıvanın tanınmış aktyorları Zakir Fətəliyev, Anar Eyvazov və Heyran Abdullayevanın yüksək qiraət mədəniyyəti ilə səsləndirilmiş, ustad aşıq Aydın Cəfərovun canlı ifasında isə sənətkarın klassik qoşma və gəraylıları ulu saz havaları üstündə tamaşaçılara təqdim edilmişdir.
Verilişdə Sərraf Qasımın Azərbaycan aşıq poeziyasına gətirdiyi struktur yenilikləri, xüsusən çağdaş ədəbiyyatda nadir rast gəlinən cığalı-gəraylı, cığalı-təcnis və cığalı-müxəmməs formalarının poetik mükəmməlliyi önə çəkilmişdir. Eyni zamanda ustadın Naxçıvanda milli aşıq sənətinin inkişafına misilsiz töhfələr verdiyinə görə tədqiqatçı alimlər tərəfindən “çağdaş Naxçıvan Aşıq Məktəbinin banisi” adlandırılması, həmçinin ən zəngin dastan yaradıcılığına, cığalı şeirlər və dini-irfani irsə malik görkəmli sənətkar kimi tanınması xüsusilə vurğulanmışdır. Veriliş zamanı sənətkarın özünü “Aşıq Ələsgərin varisi” adlandırması və eyni zamanda Səməd Vurğun üslubundan bəhrələnməsi onun fərdi dəsti-xətti kimi dəyərləndirilmişdir. Layihədə ustadın sağlığında onun əsərlərinin az bir hissəsnin çap olunduğu bildirilmiş, onun ədəbi irsinin gələcək nəsillər üçün sistemli şəkildə araşdırılmasının vacibliyi qeyd edilmişdir.
Aşağıdakı pleyerdən bu televiziya verilişini tam variantda izləyə bilərsiniz:
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və
yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha
ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder