SƏRRAF QASIM KİMDİR?

SƏRRAF QASIM HAQQINDA BİOQRAFİK XÜLASƏ 


📌 Şəxsi məlumatları:

Adı və təxəllüsü: SƏRRAF QASIM

Soyadı: RÜSTƏMLİ

Doğum tarixi: 31 dekabr 1939-cu il 

Doğum yeri: Naxçıvan MR, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi

Vəfat tarixi: 09 fevral 2018-ci il (78 yaşında)

Vəfat yeri: Naxçıvan MR, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi

Dəfn olunduğu yer: Aşağı Qışlaq kənd qəbiristanlığı

Vəfat səbəbi: Ürək infarktı

Vətəndaşlığı: Azərbaycan Respublikası

Milliyyəti: Azərbaycanlı

Tayfa mənsubiyyəti: “Hacı Əhmədlilər” tayfası (Şahbuz rayonunda məskunlaşan Azərbaycan tayfası)

 

👨‍👩‍👧‍👦 Ailə tərkibi:

Valideynləri:

▪ Atası: Əhmədov Əyyub Rüstəm oğlu

▪ Anası: Əhmədova Göycə Məhəmməd qızı

Həyat yoldaşı:

▪ Rüstəmova Pakizə İbrahim qızı

Övladları:

▪ ƏYYUB Rüstəmov (Əyyub Sərrafoğlu)

▪ GÖYCƏ Rüstəmova (Göycə Mehdiyeva)

▪ T E Y Y U B  Rüstəmov

Nəvələri:

▪ Rüstəmli RÜQƏYYƏ, Rüstəmli ŞÜKRAN, Rüstəmli ƏKBƏR

▪ Mehdizadə KUBRA, Mehdizadə SÖVLƏT, Mehdizadə ARZU

▪ Rüstəmli YUSİF, Rüstəmli NUR

 

🎓 Təhsili və elmi dərəcəsi:

Bitirdiyi orta məktəb:

▪ Aşağı Qışlaq kənd Orta Məktəbi / Kolanı kənd Orta Məktəbi (1947-1957)

Bitirdiyi kollec:

▪ Naxçıvan Kənd Təsərrüfatı Texnikumu (1959-1961)

(indiki “Naxçıvan Dövlət Texniki Kolleci”)

Bitirdiyi ali məktəb:

▪ Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1962-1967)

(indiki “Azərbaycan Dövlət Aqrar Universiteti”)

Ali təhsil ixtisası:

▪ Zootexnika

Elmi dərəcəsi:

▪ Alim

 

💼 Əmək fəaliyyəti:

▪ 1967-1974: Şahbuz, Sabirabad və Bərdə rayonlarının baş heyvandarlıq idarələrinin mütəxəssisi, eyni zamanda “Qabaqcıl” qəzetinin yazarı

▪ 1974–1991: Şahbuz rayonunun Lenin adına Sovxozunun baş mütəxəssisi, direktor müavini və direktoru

▪ 1991–1993: “Nəqşi Cahan” Şirkətinin təsisçisi və prezidenti

▪ 1996–2001: Saz müəllimi (Kolanı Kənd Uşaq Musiqi Məktəbinin saz ifaçılığı fənni üzrə Sərraf Qasımın doğma kənd evində fəaliyyət göstərən saz şöbəsinin müəllimi)

 

🏅 Mükafatları və təltifləri:

▪ “1978-ci ilin sosializm yarışının qalibi” döş nişanı (1978)

▪ “10-cu beşillik zərbəçisi” döş nişanı (1980)

 

✍️ Yaradıcılıq sahələri:

▪ Yaradıcı şair və yazıçı

▪ Ustad aşıq - haqq aşığı

 

Bəstələdiyi aşıq havasının adı: “Həsrəti” havası 

 

Şeir janrları:

▪ Azərbaycanın klassik və müasir poeziya janrları

▪ Aşıq dastanları, aşıq şeirləri, eləcə də dini şeirlər və mərsiyələr

▪ Bəstəli şeirlər (Rahatlıqla musiqiyə yatan və ifa olunan şeirlər)

 

Ən zəngin əsərləri:

▪  Dastannamə (Dastanlar toplusu)

▪  Cığalınamə (Cığalı şeirlər toplusu)

▪  Müsibətnamə (Mərsiyələr toplusu)

 

Əsərlərinin dili: Azərbaycan dili

 

Aşıq yaradıcılığı ilə bağlı uğurları və ilkləri:

Sərraf Qasım aşağıdakı xidmətlərinə görə Naxçıvan zonasında milli aşıq sənətinin inkişafına misilsiz töhfələr verdiyi üçün tədqiqatçı alimlər tərəfindən “çağdaş Naxçıvan aşıq məktəbinin banisi”“Dədə aşıq” adlandırılmışdır:  

▪         Aşıq-saz sənətinin təbliği və tədrisi sahəsində genişmiqyaslı xidmətlər göstərməsi;

▪         Özünün kənd evində böyük bir aşıq məktəbi yaratması; 

▪         Naxçıvan zonasında musiqi məktəblərinin tərkibində rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olması; 

▪         Xeyli sayda peşəkar aşıq və saz müəllimi yetişdirməsi; 

▪         Aşıqlara maddi-texniki dəstək göstərməsi və onların bir çoxunu təmənnasız surətdə saz alətləri ilə təmin etməsi; 

▪         Naxçıvanlı aşıq və şairlər arasında digər bölgələrdən olan aşıq və şairlərlə ən zəngin yaradıcılıq əlaqələrinə (deyişmələrə) malik olması;

▪         Vətən həsrətinə həsr olunmuş dəyərli bir aşıq havasını bəstələməsi; 

▪         Tanınmış aşıqlar arasında ən gənc yaşlarında (27 yaşında) alimlik dərəcəsinə layiq görülən bir aşıq olması;

 

Ədəbi yaradıcılığı ilə bağlı uğurları və ilkləri:

Sərraf Qasımın öz dövründə göstərdiyi aşağıdakı xidmətləri onun böyük bir ədəbi məktəb yaradan ustad sənətkar kimi tanınmasına səbəb olmuşdur:

         Forma və məzmun baxımından klassik poeziya üslublarından çağdaş dövrdə ən geniş (ən çox) və ən məharətli şəkildə istifadə edən yeganə bir sənətkar olması;

         Yeni ədəbi janrlar yaratmaqla Azərbaycan ədəbiyyatına bir çox yeniliklər gətirməsi;

         Həcm baxımından ən zəngin (ən çox) dastan yaradıcılığına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik yeganə bir şair olması;

▪         Ədəbi məktəb yaradan bir sənətkar kimi çağdaş dövrdə iki şair arasında formalaşan klassik ustad-şagird ənənəsini nümunəvi surətdə yaşatması;

         Azərbaycan poeziya tarixində yaranan ilk səsli şeir kitablarından birinin müəllifi olması; 

         “Azərbaycan xəritəsi” adlı poeması ilə müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaradan bir şair olması;

         Gənc yaşlarından etibarən dahi Azərbaycan aşıqları ilə “bədahətən deyişmək” istedadına malik ən bacarıqlı bir şair olması;

         Real və kədərli həyat hekayəsi əsasında yaratdığı dastanla öz adını Azərbaycan məhəbbət dastanları tarixinə həkk etdirməsi;

▪         Bədii əsərlərinin dahi Azərbaycan aşıqları tərəfindən həvəslə ifa olunması və regional ədəbi mühitə güclü təsir göstərməsi; 

    Yaradıcı aşıqlarıın onun üslubunda, xüsusilədə onun cığalı şeirləri formasında şeirlər yazmağa və deyişmələr aparmağa maraq göstərməsi;

   Yaradıcılığının mütəmadi surətdə elmi-tədqiqat obyektinə çevrilməsi və tədqiqatçılar tərəfindən araşdırılması;  

   Aşıq ədəbiyyatının və aşıq sənətinin inkişafı sahəsində müstəsna xidmətlər göstərdiyi üçün tədqiqatçı alimlər tərəfindən “çağdaş Naxçıvan aşıq məktəbinin banisi”, eləcə də “Dədə aşıq” adı ilə səciyyələndirilməsi;

  Yaratdığı heyrətamiz əsərlərə görə Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şəxsiyyətlər tərəfindən öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırılması;

 

Heydər Əliyev və İlham Əliyevlə bağlı ilkləri:

Sərraf Qasımın ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr etdiyi 2 şeir kitabı çap olunmuş, Heydər Əliyevin ilk əmək fəaliyyəti (Yuxarı Qışlaq kəndində müəllim işləməsi) ilə bağlı maraqlı xatirələr, eləcə də İlham Əliyevin adındakı (İLHAM sözündəki) hərflərin gizli və rəmzi mənası ilə bağlı maraqlı açıqlamalar ilk dəfə poema və şeir şəklində bu kitablarda öz əksini tapmışdır.



▬▬▬ ▬▬▬



⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim ➤



  

Yorumlar

Bu blogdaki popüler yayınlar

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)