SƏRRAF QASIMIN BİOQRAFİYASI /🔸/ Sərraf Qasımın ilkləri və yaradıcılıq uğurları
SƏRRAF QASIMIN BİOQRAFİYASI 🔸 Sərraf Qasımın ilkləri və yaradıcılıq uğurları
Klassik və müasir Azərbaycan poetik ənənələrinin, zəngin aşıq ədəbiyyatının və saz sənətinin ən layiqli nümayəndələrindən biri olan Rüstəmli Sərraf Qasım Əyyub oğlu 31 dekabr 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur.
Sərraf Qasım 1947-1957-ci illərdə öz doğma kəndində tam orta təhsilini, 1959-1961-ci illərdə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun (indiki Naxçıvan Dövlət Texniki Kollecinin) heyvandarlıq ixtisası üzrə orta ixtisas peşə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1962–1967-ci illərdə Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) zootexnika ixtisası üzrə ali təhsil alaraq alimlik dərəcəsinə yiyələnmişdir.
Uşaqlıqdan sözə və saza dərin həvəs göstərən Sərraf Qasım Gəncədə təhsil aldığı illərdə rəsmi ixtisası ilə yanaşı, dövrün tanınmış sənətkarlarından, ustadlarından və alimlərindən saz-söz sənətinin incəliklərini, eləcə də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən mənimsəmişdir. Gəncə mühiti onun bir alim və kamil saz-söz sənətkarı kimi yetişməsində müstəsna rol oynamışdır. Tələbəlik illərindən bəstəli aşıq şeirləri və dastanlar qələmə alan sənətkar Gəncə aşıqlarından Aşıq Cuma, Aşıq Mais, Aşıq Teymur, eləcə də Məzahir Daşqın, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Hüseyn Saraçlı və Aşıq Kamandar kimi görkəmli ustadlarla sıx yaradıcılıq əlaqələri və yaxın dostluq münasibətləri qurmuşdur. Sərraf Qasımın şeirləri bu ustadların ifasında ölkə miqyasında el məclislərində saz üstündə səsləndirilmiş, bununla da o, gənc yaşlarından ölkə miqyasında tanınan bir şairə çevrilmişdir.
İlkin şeirlərini “Qışlaqlı Qasım” təxəllüsü ilə yazan sənətkar, 1970-ci illərdə Gəncədə keçirilən aşıq-şair məclislərinin birində görkəmli sənətkar Məzahir Daşqının tövsiyəsi əsasında təntənəli bir mərasimlə “Sərraf Qasım” təxəllüsünü qəbul etmişdir.
Sərraf Qasım 1975-ci ildə ailə həyatı qurmuş, bu evlilikdən onun iki oğul və bir qız övladı olmuşdur.
Ali təhsilini başa vurub doğma el-obasına qayıtdıqdan sonra rəsmi əmək fəaliyyəti ilə yanaşı, könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə, bu sənəti gənc nəslə öyrətməyə başlamış və bu sahədə çox ciddi və genişmiqyaslı xidmətlər göstərmişdir. Sərraf Qasımın gördüyü bu işlər nəticəsində onun doğma kənd evi, Sovet dövründə Naxçıvanda dövlət məktəblərində saz sənətinin tədrisinin qadağan olunduğu bir vaxtda Naxçıvanın ən böyük aşıq məktəbi kimi tanınmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Sərraf Qasımın təşəbbüsü və ustad xeyir-duası ilə onun yetirməsi Vahid Qurbanovun fəal səyləri sayəsində 1992-ci ildən etibarən Naxçıvan zonasında musiqi məktəblərinin tərkibində ilk dəfə rəsmi saz məktəbləri (saz şöbələri) açılmışdır. Sərraf Qasımın çoxsaylı tanınmış ustad aşıq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar yeni yaranan bu saz məktəblərində müəllim işləmişlər. Hazırda Naxçıvanda fəaliyyət göstərən aşıqların böyük əksəriyyəti təməli Sərraf Qasım tərəfindən qoyulmuş bu rəsmi və ya qeyri-rəsmi aşıq-saz məktəblərinin yetirmələridilər.
Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra ixtisası üzrə müxtəlif məsul vəzifələrdə çalışmış, o cümlədən 1974–1991-ci illərdə Şahbuz rayonundakı Lenin adına Sovxozun baş mütəxəssisi, direktor müavini və direktoru kimi fəaliyyət göstərmişdir. Sərraf Qasım, 1996-cı ildə isə Şahbuz rayonunun Kolanı kənd Uşaq Musiqi Məktəbinin tərkibində öz səbəbkarlığı ilə yaranan Saz Məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülmüş, lakin bundan sonra o, bir rəsmi saz müəllimi kimi Kolanıda deyil, öz evində yaratdığı Saz Məktəbində rəsmi surətdə saz fənnindən dərs keçməyə başlamışdır. Bununla da, uzun illər ərzində qeyri-rəsmi bir Saz Məktəbi kimi tanınan Sərraf Qasımın doğma kənd evi, artıq bir rəsmi Saz Məktəbi kimi tanınmağa başlamışdır. Nəhayət Sərraf Qasım 2001-ci ildə elə öz evində yaratdığı bu Saz Məktəbindən təqaüdə çıxaraq, ömrünün sonuna kimi öz doğma kəndində yaşamış, ədəbi-bədii yaradıcılıq fəaliyyətini davam etdirmişdir.
El arasında haqq adamı və haqq aşığı kimi tanınan Sərraf Qasım ləyaqətli əmək fəaliyyəti ilə məşğul olduğuna görə də müxtəlif mükafatlara, tərifnamələrə, “1978-ci ilin sosializm yarışının qalibi” döş nişanı (1978) və “10-cu beşillik zərbəçisi” döş nişanı (1980) kimi döş nişanlarına layiq görülmüşdür.
Sərraf Qasım klassik poeziya ənənələrini aşıq sənətinin incəlikləri və dini ədəbiyyatla sintez edərək, bənzərsiz irsi, klassik janrlara gətirdiyi yenilikləri və həcm baxımından zəngin poetikası ilə Azərbaycan ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Şairin ərsəyə gətirdiyi bənzərsiz ədəbi əsərləri onun ustadlıq məqamını açıq-aydın ortaya qoymuş, bu həqiqət dövrün görkəmli söz xiridarları və alimləri tərəfindən yüksək qiymətləndirilərək elmi-ədəbi müstəvidə öz təsdiqini tapmışdır. Sağlığında Sərraf Qasımın 7 şeir kitabı işıq üzü görmüş, əsərlərinin bir qismi isə müxtəlif toplularda və dövri mətbuatda dərc olunmuşdur. (Lakin buna baxmayaraq, şairin zəngin əsərlərinin və ədəbi irsinin bir hissəsi hələ də nəşr olunmamış vəziyyətdə qalır).
Sərraf Qasım çox sadə və təvazökar bir insan, gününü, güzəranını el içində keçirən bir el sənətkarı olmuşdur. O, xüsusilə də ömrünün ahıl çağlarında bədii yaradıcılığı ilə yanaşı, daha çox xeyriyyəçilik əməlləri, dini ibadətlər və savab işlərlə məşğul olmağa üstünlük vermişdir.
Sərraf Qasım heç vaxt öz yaradıcılığı vasitəsilə şan-şöhrət və yüksək vəzifə əldə etməyə, bir yaradıcı şair və aşıq kimi fəxri ad almağa təşəbbüs göstərməmişdir. Sərraf Qasımdan nəyə görə belə düşündüyünü soruşanda, belə cavab vermişdir: “Mən şan-şöhrəti, ad-sanı və mənəmliyi sevmirəm. Ona görə də bu işlərin dalınca düşməmişəm, hər şeyi zamanın axarına buraxmışam. Məgər Azərbaycan ədəbiyyatı tarixinə adı qızıl hərflərlə düşmüş Aşıq Ələsgər kimi aşıq və şairlərimizin hər hansı bir fəxri adı olubmu? Tarix özü hər şeyi nizamlayacaq. Əsas odur ki, mən istəyirəm mənim qiymətimi və mükafatımı Allah özü versin”.
Sərraf Qasım 9 fevral 2018-ci il tarixində, 78 yaşında sağlamlığı yaxşı bir vəziyyətdə olduğu halda öz doğma kənd evində sübh namazını qılıb, bir surə Quran oxuduqdan sonra istirahət etmək üçün öz yatağına gedərək uzanıb yatmış və bu yuxu onun sonuncu yuxusu olmuşdur, o, yuxuda olduğu halda ürək infarktı keçirərək dünyasını dəyişmişdir. Sərraf Qasım elə həmin gün Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.
Sərraf Qasımın ilkləri və yaradıcılıq uğurları:
Sərraf Qasımın çoxşaxəli irsini araşdıran tədqiqatçılar onun müasiri olduğu aşıq və şairlərlə müqayisədə bir çox ilklərə və yaradıcılıq uğurlarına imza atdığını üzə çıxarmışlar. Bu faktların bir çoxu ilk dəfə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun Naxçıvan aşıqları barədə apardığı araşdırma əsasında ərsəyə gələn, 2017-ci ildə bir ensiklopedik kitab kimi çap olunan “XVII-XX əsrlərvə çağdaş Naxçıvan aşıqları” adlı ikicildlik kitabda, həmin tədqiqatçı alimlərin açıqlamalarında və digər mötəbər mənbələrdə öz əksini tapmışdır.
1. Aşıq yaradıcılığı ilə bağlı uğurları:
Azərbaycanın zəngin poeziya ənənələrindən məharətlə bəhrələnən və bənzərsiz əsərləri ilə ədəbiyyatımıza bir sıra yeniliklər bəxş edən Sərraf Qasımın öz dövründə göstərdiyi aşağıdakı xidmətləri onun böyük bir ədəbi məktəb yaradan ustad sənətkar kimi tanınmasına səbəb olmuşdur:
▪ Klassik poeziya üslublarından ən geniş surətdə istifadə etməsi: Azərbaycan ədəbiyyatının layiqli nümayəndəsi kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən, çoxçeşidli ədəbi janrlardan ən geniş və ən məharətli şəkildə istifadə edən yeganə bir sənətkar olmuşdur.
▪ Azərbaycan ədəbiyyatına bir çox yeniliklər gətirməsi: Bir çox yeni ədəbi janrlar və formalar yaradaraq onlardan böyük məharətlə istifadə etmiş, ustad sənətkarın bu yenilikləri daha çox onun dastanlar, mərsiyələr və cığalı şeirlərində özünü göstərmişdir.
▪ Həcm baxımından bir çox dəyərli və bənzərsiz əsərlərin müəllifi olması: Müasiri olduğu şairlərlə müqayisədə həcm baxımından ən zəngin (ən çox) dastan yaradıcılığına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik yeganə bir şair kimi tanınmışdır.
▪ İki şair arasında formalaşan klassik ustad-şagird ənənəsini nümunəvi surətdə yaşatması: Naxçıvan ədəbi mühitində zəngin ədəbi məktəb yaradaraq bütöv bir şairlər nəslinin formalaşmasında mühüm rol oynamış, bunun ən parlaq nümunəsi isə Sərraf Qasım məktəbindən bəhrələnərək yaradıcılıq yoluna qədəm qoyan şair Maarif Təmkin və onlar arasında formalaşan bu mənəvi ənənə olmuşdur.
▪ Ən gənc yaşlarından dahi sənətkarlarla bədahətən deyişmək potensialına malik olması: Naxçıvan zonasında ən güclü “bədahətən deyişmək” istedadına malik bir şəxs olduğuna görə 1970-ci ildə Naxçıvana səfərə gələn dahi Aşıq Hüseyn Saraçlı ilə yerli sənətkarlar adından deyişməyə çıxarılmış, onların bu deyişməsi sonradan Azərbaycanın məşhur aşıq dastanlarından birinə çevrilmişdir.
▪ Azərbaycan poeziya tarixində yaranan ilk səsli şeir kitablarından birinin müəllifi olması: Azərbaycan poeziya tarixində ilklərdən sayılan, ustad sənətkarın “SƏNİN NƏYİN VAR” adlı kitabı 1984-cü ildə lentə alınaraq 60 dəqiqəlik maqnitofon kaseti şəkilində səsli kitab kimi ictimaiyyətə təqdim olunmuşdur.
▪ Müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaradan bir şair olması: 1960-cı illərdə qələmə aldığı “Azərbaycan xəritəsi” poemasını 1991-ci ildə respublikamızın müstəqilliyinə və yeni coğrafi adlarına uyğunlaşdıraraq müstəqil Azərbaycanın ilk poetik xəritəsini ərsəyə gətirmişdir.
▪ Azərbaycan məhəbbət dastanları tarixinə adını həkk etdirməsi: Özünün real və kədərli həyat hekayəsi əsasında yaratdığı “Sərraf və Hicran” dastanı vasitəsilə adını Azərbaycan məhəbbət dastanları tarixinə yazdırmışdır.
▪ Əsərlərinin dahi aşıqlar tərəfindən həvəslə ifa olunması və regional ədəbi mühitə güclü təsir göstərməsi: Naxçıvanın ədəbi-mədəni mühitində bütöv bir şairlər və aşıqlar nəslinin estetik zövqünün formalaşmasında müstəsna rol oynamış, digər bölgələrdən olan ustad aşıqların onun bədii əsərlərini böyük həvəslə repertuarlarına daxil edib oxuması ilə fəaliyyətini regional miqyaslı bir məktəb mərkəzinə çevirmişdir.
▪ Yaradıcı aşıqlarıın onun üslubunda şeirlər yazmağa və deyişmələr aparmağa maraq göstərməsi: Dövrün yaradıcı aşıqları Sərraf Qasımın poeziya üslubunu, xüsusilə onun cığalı şeir formalarını bədii nümunə kimi qəbul edərək bu üslubda şeirlər yazmağa və deyişmələr aparmağa böyük maraq göstərmişlər.
▪ Yaradıcılığının mütəmadi surətdə elmi-tədqiqat obyektinə çevrilməsi: Sərraf Qasımın gətirdiyi ədəbi yeniliklər və zəngin yaradıcılıq irsi dövlət əhəmiyyətli fundamental ensiklopediya və folklor kitablarında, ədəbiyyatşünas alimlərin tədqiqatlarında, sənədli televiziya verilişlərində, eləcə də AMEA-nın mötəbər elmi nəşrlərində mütəmadi surətdə işıqlandırılır.
▪ Aşıq ədəbiyyatının və aşıq sənətinin inkişafı sahəsində müstəsna xidmətlər göstərməsi: Xüsusilə də Naxçıvan mühitində aşıq ədəbiyyatının və aşıq sənətinin inkişafına ən zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna görə tədqiqatçı alimlər tərəfindən “çağdaş Naxçıvan aşıq məktəbinin banisi”, eləcə də “Dədə aşıq” adı ilə səciyyələndirilmişdir.
▪ Görkəmli söz xiridarlarından yüksək qiymət alması: Yaradıcılığındakı dərinlik və klassik ruh səbəbindən Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şəxsiyyətlər onun dastanlarını nəşr etdirmiş və Sərraf Qasımı “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar.
2. Ədəbi yaradıcılığı ilə bağlı uğurları:
Azərbaycanın zəngin poeziya ənənələrindən məharətlə bəhrələnən və bənzərsiz əsərləri ilə ədəbiyyatımıza bir sıra yeniliklər bəxş edən Sərraf Qasımın öz dövründə göstərdiyi aşağıdakı xidmətləri onun böyük bir ədəbi məktəb yaradan ustad sənətkar kimi tanınmasına səbəb olmuşdur:
▪ Klassik poeziya üslublarından ən geniş surətdə istifadə etməsi: Azərbaycan ədəbiyyatının layiqli nümayəndəsi kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən, çoxçeşidli ədəbi janrlardan ən geniş və ən məharətli şəkildə istifadə edən yeganə bir sənətkar olmuşdur.
▪ Azərbaycan ədəbiyyatına bir çox yeniliklər gətirməsi: Bir çox yeni ədəbi janrlar və formalar yaradaraq onlardan böyük məharətlə istifadə etmiş, ustad sənətkarın bu yenilikləri daha çox onun dastanlar, mərsiyələr və cığalı şeirlərində özünü göstərmişdir.
▪ Həcm baxımından bir çox dəyərli və bənzərsiz əsərlərin müəllifi olması: Müasiri olduğu şairlərlə müqayisədə həcm baxımından ən zəngin (ən çox) dastan yaradıcılığına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik yeganə bir şair kimi tanınmışdır.
▪ İki şair arasında formalaşan klassik ustad-şagird ənənəsini nümunəvi surətdə yaşatması: Naxçıvan ədəbi mühitində zəngin ədəbi məktəb yaradaraq bütöv bir şairlər nəslinin formalaşmasında mühüm rol oynamış, bunun ən parlaq nümunəsi isə Sərraf Qasım məktəbindən bəhrələnərək yaradıcılıq yoluna qədəm qoyan şair Maarif Təmkin və onlar arasında formalaşan bu mənəvi ənənə olmuşdur.
▪ Ən gənc yaşlarından dahi sənətkarlarla bədahətən deyişmək potensialına malik olması: Naxçıvan zonasında ən güclü “bədahətən deyişmək” istedadına malik bir şəxs olduğuna görə 1970-ci ildə Naxçıvana səfərə gələn dahi Aşıq Hüseyn Saraçlı ilə yerli sənətkarlar adından deyişməyə çıxarılmış, onların bu deyişməsi sonradan Azərbaycanın məşhur aşıq dastanlarından birinə çevrilmişdir.
▪ Azərbaycan poeziya tarixində yaranan ilk səsli şeir kitablarından birinin müəllifi olması: Azərbaycan poeziya tarixində ilklərdən sayılan, ustad sənətkarın “SƏNİN NƏYİN VAR” adlı kitabı 1984-cü ildə lentə alınaraq 60 dəqiqəlik maqnitofon kaseti şəkilində səsli kitab kimi ictimaiyyətə təqdim olunmuşdur.
▪ Müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaradan bir şair olması: 1960-cı illərdə qələmə aldığı “Azərbaycan xəritəsi” poemasını 1991-ci ildə respublikamızın müstəqilliyinə və yeni coğrafi adlarına uyğunlaşdıraraq müstəqil Azərbaycanın ilk poetik xəritəsini ərsəyə gətirmişdir.
▪ Azərbaycan məhəbbət dastanları tarixinə adını həkk etdirməsi: Özünün real və kədərli həyat hekayəsi əsasında yaratdığı “Sərraf və Hicran” dastanı vasitəsilə adını Azərbaycan məhəbbət dastanları tarixinə yazdırmışdır.
▪ Dahi aşıqlar tərəfindən əsərlərinin həvəslə ifa olunması və regional ədəbi mühitə güclü təsir göstərməsi: Naxçıvanın ədəbi-mədəni mühitində bütöv bir şairlər və aşıqlar nəslinin estetik zövqünün formalaşmasında müstəsna rol oynamış, digər bölgələrdən olan ustad aşıqların onun bədii əsərlərini böyük həvəslə repertuarlarına daxil edib oxuması ilə fəaliyyətini regional miqyaslı bir məktəb mərkəzinə çevirmişdir.
▪ Görkəmli söz xiridarlarından yüksək qiymət alması: Yaradıcılığındakı dərinlik və klassik ruh səbəbindən Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şəxsiyyətlər onun dastanlarını nəşr etdirmiş və Sərraf Qasımı “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırmışlar.
3. Heydər Əliyev və İlham Əliyevlə bağlı ilkləri:
Sərraf Qasımın Heydər Əliyev irsinin yaşadılması sahəsində də özünəməxsus mühüm yaradıcılıq fəaliyyəti olmuşdur. Belə ki, şairin 2003 və 2005-ci illərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xüsusi icazəsi əsasında ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr etdiyi 2 ədəd şeirlər kitabı çap olunmuş və bu kitablarda indiyədək heç bir yerdə işıqlandırılmayan aşağıdakı mühüm faktlar ilk dəfə öz əksini tapmışdır:
▪ Heydər Əliyevin ilk əmək fəaliyyəti: Ümummilli Liderin 1941-ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində müəllim işləməsi barədə maraqlı xatirələr ilk dəfə poema şəklində — “BİR XOŞQƏDƏMİN TARİXİ” adı ilə Sərraf Qasım tərəfindən qələmə alınaraq çap edilmişdir.
▪ İlham Əliyevin adının poetik yozumu: İlham Əliyevin adındakı (İLHAM sözündəki) hərflərin gizli və rəmzi mənası ilk dəfə bir şeir şəklində Sərraf Qasım tərəfindən qələmə alınaraq nəşr olunmuşdur.
✦ ▬▬▬ ✦ ▬▬▬
✦
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim ➤
Yorumlar
Yorum Gönder