SƏRRAF QASIMIN POETİK İRSİ - (Elmi-ədəbi məqalə) Müəllif: NİGAR İSAYEVA
Bu elmi məqalə 2023-cü ildə AMEA-nın “Filologiya və sənətşünaslıq” jurnalının 2 nömrəli buraxılışında çap olunmuşdur.
Məqalənin müəllifi: Filologiya üzrə fəlsəfə doktoru NİGAR İSAYEVA
Sərraf Qasımın poetik irsi
Nigar İsayeva
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.
Annotasiya. Öz dövründə yaşamış şairlər içərisində klassik poeziya janrlarından ən geniş şəkildə istifadə edən Sərraf Qasımın 20-dən artıq aşıq dastanı, 150-dən artıq cığalı əsər və 1000 səhifədən artıq mərsiyə və dini əsərlərinin qələmə alındığı üzə çıxmışdır. Müasiri olduğu Naxçıvan aşıqların-dan fərqli olaraq, aşıqlıq peşəsinə, saz sənətinə daha çox bağlı olmuş, bu sənət haqqında xeyli şeir-lər yazmışdır. Məqalədə Sərraf Qasımın poetik irsi araşdırılmışdır. Aşıq poeziyasının əksər formala-rında şeirlər qələmə almışdır. Araşdırmalarımıza görə, Naxçıvan aşıq və şairləri arasında Sərraf Qa-sım qədər başqa şairlər və aşıqlarla deyişmələri və şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.
Giriş / Introduction
Bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müstəzad, cığalı müstəzad, divani, ayaqlı diva-ni, müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir. Sərraf Qasımın klassik poeziya ənənələrindən istifadə etməklə fərqli tərzdə yaratdığı mərsiyələr və növhələr də başqalarından çox-çox fərqlənir. Şeirlərində həm Aşıq Ələsgər, həm də Səməd Vurğun tərzindən istifadə etməsi Sərraf Qasımı digər aşıqlardan fərqləndirən əsas xüsusiyyət-lərdən sayılır. Özünü Aşıq Ələsgərin varisi ad-landırmış aşıq şeirlərində bunu poetik şəkildə ifadə edirdi:
Dillərdə hər sözüm gövhər,
Dür də mənəm, dürdanə də
İrsim Ələsgər irsidir
Söz xəzinəm var sinəmdə.
Dastanları, qoşmaları, təcnisləri, divaniləri, gəraylıları və bayatıları ilə tanınan Sərraf Qası-mın şeirlərində özünəməxsus poetik sənətkarlıq məziyyətləri və dəsti-xətti vardır. Xeyli sayda dastanlar, deyişmələr, şeirləşmələr, bağlamalar, qıfılbəndlər, ustadnamələr, ibrətnamələr, nəsi-hətnamələr, poemalar, mərsiyələr və lirik şeirlə-rin yaradıcısı olan aşığın əsərləri mövzu baxı-mından da çox zəngin olmuşdur. Yurda sevgi, ata-baba adət-ənənələrinə bağlılıq aşıq-şairin milli ruhlu şeirlərində əsas ideyalardandır. Bu-nunla yanaşı, aşığın yaradıcılığında nəsihəta-miz-didaktik mövzular da özünə geniş yer tap-mışdır ki, dini və yazılı ədəbiyyatdan, xalq poe-ziyasından və aşıq şeiri ənənələrindən bəhrələn-mişdir.
Əsas hissə / Main Part
Aşığın yaradıcılığında diqqətçəkən digər bir mövzu isə ədəbi-tənqidi görüşlərini əks etdirən qoşmalarıdır. Poeziyanın qarşısında duran vəzi-fələr haqqında da özünün ədəbi-tənqidi fikirlə-rini ifadə edən aşığın yaradıcılığında hikmət və məna dərinliyi diqqətçəkən ünsürlərdən biridir. Sərraf Qasımın aşıq şeirinin qoşma, gəraylı və təcnis janrlarının ən müxtəlif formalarında qələ-mə aldığı poetik örnəklər bir də onunla seçilir ki, bunlarda məzmunla formanın üzvi vəhdəti özünün uğurlu həllini tapmışdır. Sərraf Qasım öz əsərlərində məzmunu formaya, fikri, ideyanı formal sənətkarlığa qurban verməmişdir. Heca vəznindən geniş istifadə edən aşığın yaradıcılı-ğında bayatıya da rast gəlmək olur. Dini motivli bu bayatılarda haqq yolunda olduğunu bildirir:
Mən aşiq, Allah sözü
Başdan Bismillah sözü,
Sərraf Qasım söyləyər,
Haqq sözü, Allah sözü.
Naxçıvanın vəsfi, Naxçıvan haqqında olan bayatıları da az deyil:
Aşiq, bura Nuh çıxan,
Qədim adı “Nuhçıxan”,
Nuh babama bağlı ad,
Olub indi “Naxçıvan”.
Sərraf Qasım bayatılarından şeirlərinin beyt-ləri arasına da daxil etmişdir:
Haqdan ölməz irsdir Naxçıvanımda,
Mən saz məktəbinin himin qoymuşam.
Aşıq, himin qoymuşam,
Ruhən saza uymuşam.
Qorqudu, həm Cünunu
Ulu ustad saymışam.
Bu sənət tumunu səpib göyərdib,
Yurdda bir sənətə zəmin qoymuşam.
Haqdan ölməz irsdir Naxçıvanımda,
Mən saz məktəbinin himin qoymuşam.
Aşığın yaradıcılığında əhəmiyyətli yer tutan şeirlərin bir qismi də deyişmələrdir. Bu deyiş-mələr bəzən digər şəxslərlə, bəzən isə məcazi tərəf arasında baş tutur. Məcazi tərəflə aşıq ara-sında olan deyişmələrdə məcazi tərəf bəzən şə-hər, bəzən isə məcazi bir varlıq olur. Bunlardan ən diqqətçəkəni isə Gəncə şəhəri ilə aşıq arasın-da baş tutan deyişmədir:
Gəncə şəhəri:
Xoş qədəm qoyubsan qədim Gəncəyə,
Sənin bu gəlişin xoşdu, ay aşıq.
İzin ver sən, tariximi danışım,
Keçmişlərim yada düşdü, ay aşıq.
Sərraf Qasım:
Zəmanə bağbanı saldığı bağın
Bəhrəsin kim yesə, baldı, ay Gəncə.
Yadigar hər bir söz övladlar üçün
Atalardan bir misaldı, ay Gəncə.
Nəsihətamiz şeirləri ilə gənc nəslə səslənən aşıq yaradıcılığını ustadnaməsiz düşünmək ol-maz. Bu qəbildən olan “Yaxşıdır”, “Səhvlənər”, “Axtarıram” kimi ustadnamələri diqqətəlayiq-dir. Aşıq Mais, Aşıq Cuma və s. kimi el sənət-karları ilə tanış olmuş, onlarla yaradıcılıq əlaqə-si yaratmış, sənət yollarında get-gedə kamilləş-mişdir. İllər ötüb keçdikcə Sərraf Qasımın şeir-ləri geniş yayılmış, Gəncə aşıqları onun qoşma və gəraylılarını el şənliklərində böyük həvəslə ifa etmişlər. Azərbaycanın tanınmış el sənətkar-ları Borsunlu Məzahir Daşqın, Aşıq İmran, Aşıq Əkbər və başqaları Sərraf Qasımın yaradı-cılığı ilə maraqlanmış, onun şeirlərini repertuar-larına daxil edib oxumuşlar. Hətta bu aşıqların özləri də Sərraf Qasıma şeirlər həsr edib, öz məclislərində onu səsləndirmişlər.
Aşıq Mais:
Gözlərəm yolunu intizar ilə,
Sərraf Qasım, bizim Gəncəyə bir gəl.
Qol-qanadın yorulmasın yollarda,
Köhlənini bizim Gəncəyə sür gəl.
Aşıq Cuma:
Etibarsız bu dünyada
Bir doyunca gəz, Sərraf.
Köçəcəksən, əlac yoxdur,
Ya gec, ya da tez, Sərraf.
Humanistlik, alicənablıq, mərdlik, qeyrətli-lik, namuslu olmaq, yamanlığa yaxşılıq etmək, dünya malına, var-dövlətə həris olmamaq, vali-deynə, ata-anaya ehtiram göstərmək kimi mə-nəvi-əxlaqi keyfiyyətlərin aşılandığı bu əsərlər aşığın yaradıcılığının əsasıdır.
Sərraf Qasımın qafiyə və bölgü kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yazıl-mış bir çox sərbəst deyimləri mövcuddur. “Nəsr” və “Mənsur” janr hesab edilən belə sər-bəst ifadə formalarından, əsasən, öz dini əsərlə-rində (mərsiyələr) və bəzi dastanlarında şeirlər arasındakı cümlələrdə istifadə etmişdir.
Sərraf Qasım, öz dediyinə görə, texnikumu bitirdikdən sonra elə düşünürmüş ki, bu qədər oxumaq ona bəs edəcək. Lakin elə həmin ərəfə-də o, çox gözəl bir yuxu görür və bu yuxudan sonra öz ailəsi ilə məsləhətləşərək Gəncə şəhərinə getmək, orada ali təhsil almaq və ali təhsilli yaradıcı bir şəxs kimi xalqına xidmət etmək qə-rarına gəlir.
Yatmışdım, yuxuda gördüm ki, ağam
Get Gəncəyə, mənə dərs oxu dedi.
Pür kamal ol, elm öyrən həqiqətdən,
Dastanlar yaz, qoy get irs, oxu dedi.
Get Təbrizə orda azəri danış,
Orda var bizim çox, doğma dost-tanış.
Get sən İstanbula, həm Qarsa konuş,
Türkə yol aç, ərəb, fars oxu dedi.
Sərraf Qasım yuxuda görür ki, oxuyub qur-tarıb, o bütün ellərdə, qonşu ölkələrdə, İranda və Türkiyədə hər kəslə görüşüb onlarla öz doğ-maları kimi, öz doğma dilində danışır və dilin-də sülh kəliməsini yaya-yaya xoş niyyətlə bü-tün Şərq ölkələrinə və dünyaya səfər edir.
Öz hökmün çox dönük verər bu həyat,
Baş endirməz şaha, verməz hesabat.
Sərraf Qasım, yarat şeirdən şahmat,
Eylə çoxlarını mars, oxu dedi.
1960-cı illərdən – tələbəlik vaxtlarından eti-barən aşıq şeiri tərzində şeirlər yazmağa başla-yan və dastanlar yaradan Sərraf Qasım Gəncədə Aşıq Mais, Aşıq Cuma və başqa el sənətkarları ilə tanış olmuş, onlarla yaradıcılıq əlaqəsi yarat-mış, sənət yollarında get-gedə kamilləşmişdir. İllər ötüb keçdikcə, Sərraf Qasımın şeirləri ge-niş yayılmış, Gəncə aşıqları onun qoşma və gə-raylılarını el şənliklərində böyük həvəslə ifa et-mişlər. Azərbaycanın tanınmış el sənətkarları Borsunlu Məzahir Daşqın, Aşıq İmran, Aşıq Əkbər və başqaları Sərraf Qasımın yaradıcılığı ilə maraqlanmış, onun şeirlərini repertuarlarına daxil edib oxumuşlar. Hətta bu aşıqların özləri də Sərraf Qasıma şeirlər həsr edib, öz məclislə-rində onu səsləndirmişlər.
Sərraf Qasımın Azərbaycanın müxtəlif böl-gələrində yaşayan tanınmış aşıqlarla dostluq et-məsi və belə aşıq-şairlərlə birgə deyişmələr və dastanlar yaratması nəticəsində onun şeirləri Azərbaycan aşıqlarının dillər əzbəri olmuş və həmin vaxtlardan etibarən Sərraf Qasım gənc yaşlarından bütün Azərbaycanda bu aşıqların sayəsində bir aşıq və el şairi kimi məşhurlaş-mışdır. Sərraf Qasımın şeirləri Sovet dövrünün mətbuatında qəzetlərdə ara-sıra çap olunsa da, bunun Sərraf Qasımın məşhurlaşmasında elə də ciddi bir rolu olmamışdır. Həmin vaxtlar nə in-ternet olmuş, nə də ki Sərraf Qasımın kitabları olmuşdur. Belə ki, Sərraf Qasım el aşıqlarının adəti ilə dəftər və vərəq üzərinə yazdığı şeirini elə vərəq şəklində hər hansı bir aşığa və ya tanı-şına verərdi, həmin şəxs də bu şeiri köçürüb başqa bir insana verərdi və bu proses bu şəkildə davam edərdi. Sərraf Qasımın məclislərdə oxu-duğu şeirlərini aşıqlar köçürüb bir-birinə payla-yardılar və beləcə, Sərraf Qasımın şeirləri dil-dən-dilə, əldən-ələ bütün hər yerə yayılardı. Gəncə aşıqları ilə yanaşı, Naxçıvan aşıqların-dan da Arpaçaylı Aşıq Həmidin və digərlərinin bu sahədəki əməyini xüsusilə vurğulamaq la-zımdır. Sərraf Qasımın şeirlərinin el arasında ya-yılmasında onun pərəstişkarları və müridlərinin də xüsusi rolu olmuşdur. Sərraf Qasımı çox se-vən Şahbuz sənətsevərləri ona müridlik etmiş, onun şeirlərini el arasında təbliğ edib yaymışlar. Bu müridlər sırasından və Sərraf Qasımın şeirlə-rini könüllü şəkildə yayan şəxslərdən olan Xu-dan Xudanov, Tağı Xudanov, Qurban Xudanov, Namiq Xudanov, Zahir Hüseynov, İbrahimxəlil Quliyev, Ramiz Cəlilov, Xaqani Hüseynov və başqaları bu sahədə xüsusi rol oynamışlar.
Aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım çoxəsrlik Azərbaycan aşıq ədə-biyyatına, Aşıq Qurbanidən üzü bəri (XVI əsr) Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qa-sım, Aşıq Ələsgər, Molla Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Şəmşir kimi ustad aşıqların, eləcə də bir sıra şairlərimi-zin zəngin yaradıcılığına yaxından bələd olmuş, aşıq şeirimizin inkişaf yolunu, yaradıcılıq sirlə-rini, sənətkarlıq xüsusiyyətlərini diqqətlə öyrən-miş və beləliklə də bir ustad kimi yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla, möhtəşəm saz-söz ənənəsinin layiqli davamçısı olduğunu sü-buta yetirmişdir.
Sərraf Qasım mütəmadi olaraq, Azərbaycan aşıqlarının yaradıcılığını izləmiş, aşıqlarla əlaqə saxlamış, onlarla müxtəlif vaxtlarda görüşüb şeirləşmişdir. Sərraf Qasım ilhamla yazıb-yara-dan, dəyərli əsərlər müəllifi kimi tanınan iste-dadlı el sənətkarı, təxəllüsündən də göründüyü kimi, həqiqətən də bir söz sərrafı və söz xiridarı olmuşdur. Sərraf Qasımın müxtəlif janrlarda şe-irlərini oxuduqca, onun poetik istedadının geniş vüsətinə, xalq müdrikliyinin ifadəsi olan de-yimlərinə və əsərlərinin füsunkarlığına heyran qalmamaq olmur.
Nəticə / Conclusion
Heç vaxt əsərləri və yaradıcılığı vasitəsilə şan-şöhrət əldə etmək həvəsində olmayan və ömrünü yazıb-yaratmağa həsr edən Sərraf Qası-mın sağlığında 7 şeirlər kitabı çap olunmasına baxmayaraq, onun əsərlərinin böyük bir hissəsi hələ də çap olunmamışdır. Çünki vaxtilə əlyaz-malardan ibarət olan öz şeirlərini istifadə etmə-ləri üçün qaytarmaq şərtilə, bəzi dost-tanışlarına və aşıq dostlarına verərmiş. Ancaq təəssüflər olsun ki, Sərraf Qasımın yüzlərlə şeirini özündə əks etdirən belə dəftərlərin bəziləri geri qayta-rılmadığına görə, onun ədəbi irsinin müəyyən bir hissəsi artıq itib-batmışdır. Aşığın geniş tədqiqə ehtiyacı olan poeziya yaradıcılığı çağ-daş aşıq yaradıcılığı üçün əhəmiyyətlidir.
✦ ─── ✦ ─── ✦
Ədəbiyyat / References
1. Azərbaycan dastanları. 5 cilddə, I cild (tərtib edənlər M.H.Təhmasib, Ə.Axundov). – Bakı: Lider nəşriyyat, 2005.
2. İsmayılov, H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. – Bakı: Elm, 2002.
3. Qasımlı M. Ozan-aşıq sənəti. – Bakı: Uğur, 2007.
4. Caferoğlu A. Doğu illerimiz ağızlarından toplamalar. (Kars, Erzurum, Çoruh ilbaylıkları ağızları). – Ankara: Ankara Universitesi Basımevi, 1995.
Açar sözlər: aşıq, saz, Sərraf Qasım, poetik irs, deyişmə, bayatı
THE POETIC HERITAGE OF SARRAF GASIM
Nigar Isayeva
Doctor of Philosphy in Philology
Institute of Literature named after Nizami Ganjavi ANAS. Azerbaijan.
Abstract. Among the poets who lived in his time, Sarraf Gasim, who widely used classical poetry genres, wrote more than 20 ashug epics, more than 150 jighali works, and more than 1000 pages of lamentations and religious works. Unlike his contemporaries of Nakhchivan ashugs, he was more attached to the profession of ashug and the art of saz and wrote many poems about this art. The poetic heritage of Sarraf Gasim is investigated in the article. He wrote poems in most forms of love poetry. According to our research, among Nakhchivan ashugs and poets, there was no other person who had deyishme (a kind of poem composed by ashugs) and poems with other poets and ashugs and created epics like Sarraf Gasim.
Keywords: ashug, saz, Sarraf Gasim, poetic heritage, deyishme, bayati
ПОЭТИЧЕСКОЕ НАСЛЕДИЕ САРРАФ ГАСЫМА
Нигяр Исаева
Доктор философии по филологии
Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.
Резюме. Среди поэтов, живших в его время, Сарраф Гасым, широко использовавший жанры классической поэзии, написал более 20 любовных поэм, более 150 стихотворений, более 1000 страниц причитаний и религиозных произведений. В отличие от своих современников – нахчыванских ашугов, он более был привязан к профессии ашуга и искусству саза, и написал много стихов об этом искусстве. В статье исследуется поэтическое наследие Сарраф Гасыма. Он писал стихи в большинстве форм любовной поэзии. Согласно исследованиям автора, среди нахчыванских ашугов и поэтов не было другого человека, который вел стихотворные диалоги с другими поэтами и ашугами и создавал эпосы, как Сарраф Гасым.
Ключевые слова: ашуг, саз, Сарраф Гасым, поэтическое наследие, состязание ашугов, баяты
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder