İLHAM ƏLİYEVin adından Sərraf Qasıma təqdim edilmiş TƏŞƏKKÜRNAMƏ

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının sabiq Baş naziri, Azərbaycan Respublikasının Przidenti 

✦─── ✦─── ✦

İlham Əliyevin adından Sərraf Qasıma təqdim edilmiş Təşəkkürnamə

✦─── ✦─── ✦


Sərraf Qasımın çoxşaxəli yaradıcılığı hər zaman milli və vətənpərvər ruhu ilə seçilmiş, xalqın və dövlətin mühüm tarixi anlarına öz bədii töhfəsini vermişdir. Şairin qələmi xalqın taleyüklü məqamlarında hər zaman dövlətinin yanında olmuş, bu bağlılıq sadəcə bədii misralarda deyil, həm də dövlət rəhbərliyi ilə qurulan səmimi mənəvi təmaslarda öz təsdiqini tapmışdır.

Bu mənəvi vəhdətin ən parlaq nümunələrindən biri 2003-cü ilin avqust ayına təsadüf edir. İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunarkən bu münasibətlə onu öz şeirləri ilə təbrik edən ilk Azərbaycan şairlərindən biri Sərraf Qasım olmuşdur. İlham Əliyev də öz növbəsində göndərdiyi rəsmi cavab məktubu vasitəsilə Sərraf Qasıma dərin minnətdarlığını bildirmiş, gələcək işlərində ona uğurlar arzulamışdır. (Onu da qeyd edək ki, Sərraf Qasımın həmin şeirləri sonradan onun İlham Əliyevə və ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Gərəkdi Heydərli, İlhamlı sözlər” adlı şeirlər kitabında çap olunmuşdur).

Beləliklə də, cənab İlham Əliyevin adından ustad sənətkara Azərbaycan Respublikasının Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən 756 nömrəli, 28.08.2003-cü il tarixli rəsmi cavab məktubu vasitəsilə xüsusi təşəkkürnamə göndərilmişdir. Həmin təşəkkürnamə məktubu o dövrün rəsmi cavabnamə göndərmək ənənəsinə uyğun formada dövlət möhürü ilə təsdiqlənmiş şəkildə Sərraf Qasıma ünvanlanmışdır.  

Bu təşəkkürnamə Sərraf Qasımın şəxsi arxivində dəyərli bir sənəd kimi qorunmaqdadır. Sənədin mətnində cənab İlham Əliyevin şairə ünvanladığı səmimi ehtiram və xoş arzular belə ifadə olunur: 

Hörmətli cənab şair Sərraf Qasım!

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə məni təbrik etdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm.

Sizə və əzizlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram!

Hörmətlə,

İlham Əliyev

Bu tarixi sənəd Sərraf Qasım poeziyasının dövlət rəhbərliyi tərəfindən yüksək qədirşünaslıqla qarşılandığını və sənətkarın vətənpərvər mövqeyinə verilən ali ehtiramı nümayiş etdirir.






▬▬▬ ▬▬▬


⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim

 






Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)