DİLAVƏR ƏHMƏDOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR

DİLAVƏR ƏHMƏDOV

El ağsaqqlı, Şahbuz rayonu Aşağı Qışlaq kənd orta məktəbinin sabiq müəllimi, keçmiş Sovxoz direktoru

✦─── ✦─── ✦

Dilavər Əhmədovun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər 

✦─── ✦─── ✦

El ağsaqqalı, Şahbuz rayonu Aşağı Qışlaq kənd orta məktəbinin sabiq müəllimi və keçmiş sovxoz direktoru Dilavər Əhmədovun xatirələri ustad Sərraf Qasımın həm zəhmətkeş mənəvi simasını, həm də zəngin bədii irsini canlı şahid kimi işıqlandırır. Uzun illər Sərraf Qasımla çiyin-çiynə çalışan Dilavər müəllim ustadın yüksək insani keyfiyyətlərindən, el-oba arasındakı nüfuzundan, sadəliyindən və samimiyyətindən bəhs edir. Söhbətdə ustadın hələ gənc yaşlarından başlayan yaradıcılıq yolu, aşıq poeziyasına gətirdiyi yeniliklər və onun şeirlərinin el aşıqlarının dilində necə əzbərə çevrilməsi böyük ehtiramla diqqətə çatdırılır. 

Dilavər Əhmədovun ustad sənətkarın ömür yolu və sənət dünyası haqqında 20 iyul 2019-cu il tarixində ekskluziv olaraq “SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ” saytı üçün səsləndirdiyi bu dəyərli söhbətləri aşağıda video və mətn formatında diqqətinizə təqdim edirik.

✦─── ✦─── ✦

Sərrəf Qasım Şahbuz rayonunun Aşağı Qışlaq kəndinin fəal yetirməsidir. Onun şeirləri, yazıları bütün xalqın dilində, Azərbaycan bütün rayonlarında həmişə xoş sədalarla səslənib. Sərrəf Qasım ali məktəbə qəbul olduqdan sonra şairliklə məşğul olub, yazıb-yaratmağa başladı. Beləliklə də, onun ilk əsərləri, şeirləri ortaya çıxdı.

Sərrəf Qasım gənclərlə gənc, qocalarla qoca kimi davranar, qadınlarla, uşaqlarla həmişə öz övladları kimi rəftar edərdi. Sərrəf Qasım bir o qədər sadə insan idi. Sərrəf Qasım son dövrlərdə el-obamızın ən yaxşı ağsaqqalı, ən yaxşı aşığı oldu. Sərraf Qasım ali təhsil aldığı ixtisası da dəqiqliklə bilərək kəndimizdə uzun müddət zootexnik işlədi. O, öz peşəsi ilə bərabər, həm də aşıqlıq sənətini davam etdirdi. Bir-birindən gözəl aşıq şeirləri, dastanlar yazdı, yaratdı. Biz həmişə onun şeirlərini böyük həvəslə dinləyərdik. Elə indi də Sərraf Qasımın o şeirlərindən məndə var, həmişə onları oxuyub ustadı yad edirəm.

Sərraf Qasımın gənclər üçün qələmə aldığı şeirlər də dillər əzbəri oldu. Bütün aşıqlar Sərraf Qasımın irsindən bəhrələndi, onun şeirləri və yazıları el aşıqlarının dilində gəzib-dolaşdı. Bununla da Sərraf Qasım Azərbaycanın hər bir guşəsində tanınmağa başladı və nəhayət aşıqlar içərisində ən yaxşı sənətkarlardan birinə çevrildi.

Sərraf Qasım yaşca məndən böyük idi, lakin bu fərqə baxmayaraq, bizimlə həmişə öz həmyaşıdı kimi rəftar edərdi. Vaxt gəldi çıxdı ki, Sərraf Qasım sovxozda zootexnik işləyəndə məni həmin sovxoza direktor təyin etdilər. Mən direktor idim, Sərraf Qasım da zootexnik idi. Doğrudan da, həmin illər biz bir-birimizlə çox yaxın ünsiyyətdə olduq, çiyin-çiynə işlədik. Onun heç kəslə bir söz-söhbəti, narazılığı ola bilməzdi. İşində intizamlı, məsuliyyətli bir yoldaş idi. Sərraf Qasım bu keyfiyyətlərinə və zəhmətkeşliyinə görə sovxozda həmişə ön sıralarda, qabaqcıllar arasında gedirdi. O, öz insani keyfiyyətlərinə görə bütün xalqın dərin hörmətini qazanmışdı.

Gənclərimizə arzulayırıq ki, Sərraf Qasımı unutmasınlar və onun şeirlərini həmişə təbliğ etsinlər. Onun şeirlərində sabaha, gələcəyə inam və böyük həqiqətlər görünür. Onun şeirləri hər zaman öz dəyərini qoruyan çox gözəl şeirlərdilər.


🎬 Aşağıdakı pleyerə klikləyərək Dilavər Əhmədovun bu səmimi söhbətlərini onun öz dilindən dinləyə bilərsiniz: 





▬▬▬ ▬▬▬



⚠️ DİQQƏT: 
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür: 
wwwSarrafQasim







Yorumlar

Bu blogdaki popüler yayınlar

SƏRRAF QASIM KİMDİR?

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” - (Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi)

Sərraf Qasımın poetik yaradıcılığı və xüsusiyyətləri - (Jurnalist araşdırması)