MİRDAMƏD SEYİDOVUN SƏRRAF QASIM HAQQINDA SƏSLƏNDİRDİYİ FİKİRLƏR
✅ MİRDAMƏD SEYİDOV
El ağsaqqlı, Şahbuz rayonu Aşağı Qışlaq kəndinin axundu
✦─── ✦─── ✦
Mirdaməd Seyidovun Sərraf Qasım haqqında səsləndirdiyi fikirlər
✦─── ✦─── ✦
Hər kəlməsində hikmət və dərin bir irfan yatan Sərraf Qasım təkcə yaratdığı sənətlə deyil, həm də yaşatdığı insani dəyərlərlə yaddaşlarda dərin iz buraxmışdır. Sərraf Qasımın zəngin irsi, mənəvi dünyası və insani keyfiyyətləri onu tanıyanların hafizəsində hər zaman uca tutulmuşdur. Sənətkarın elminə, ədəbinə və ağsaqqallıq məqamına şahidlik edən həmkəndlisi Mirdaməd Seyidovun səmimi xatirələri bu baxımdan xüsusi dəyərə malikdir.
Mirdaməd Seyidovun 09 fevral 2019-cu il tarixində Sərraf Qasımın anım mərasimində çıxış edərkən ustad şairin mənəvi ucalığı və nümunəvi ömür yolu barədə səsləndirdiyi dəyərli fikirləri aşağıda video və mətn formatında təqdim edirik:
✦─── ✦─── ✦
Sərraf Qasım hər sözüdnə, hər kəlməsinndə sərraf idi. Yəni sözdən söz seçə bilən, söz götürə bilən bilikli və elmli bir şəxsiyyət idi. Sərraf Qasım Allahın bizə verdiyi, Allahın aramızda olan bir lütfi idi. Allahın aramızda yaratdığı gözəl bir bəndəsi, bir insanlıq nümunəsi idi. Ona görə də, biz Sərraf Qasımın adını çəkəndə həmişə fəxr etməliyik. Fəxr ilə bu adı çəkməliyik. Fəxr etməliyik ki, biz Aşağı Qışlaqlıyıq, Sərraf Qasımın həmkəndlisiyik; Qürur duymalıyıq ki, aramızdan belə hikmətli, elmli və ədəbli bir insan çıxıb. Bu adla biz fəxr etməliyik. Sərraf Qasım bizim fəxrimizdir.
Mən həmişə, hər yerdə söz düşəndə deyirəm ki, mən Sərraf Qasımın kəndlisiyəm, mən Aşağı Qışlaqlıyam. Çünki Sərraf Qasım tanınmış bir insandır. Ətrafda, bütün şəhər, kənd və qəsəbələrdə, Azərbaycanın müxtəlif bölgələrində onun çoxlu sayda istəyənləri, sevənləri var. Sərraf Qasımla mənim böyük yaş fərqim var idi, ancaq buna baxmayaraq, mən onunla yoldaşlıq, dostluq, qonşuluq, kəndçilik etmişəm. Mən Sərraf Qasımla məscid yoldaşı olmuşam. İllər boyu İmam Hüseyn (ə) təziyələrində bir yerdə matəm saxlamışıq, növhə, sinəzən demişik, beytlər oxumuşuq. Allah ona rəhmət eləsin! Allah-Taala onun qəbrini nurla doldursun!
İnşallah ki, Sərraf Qasım Quran xatirinə Allahın bağışlanmış, seçilmiş bəndələrindəndir. Elm və irfan, elm və hikmət sahibi olmağın Allah yanında böyük bir məqamı var. İnşallah ki, Allah-Taala onu öz məqamına çatdırıb. Sərraf Qasım Allah qarşısında çox ali bir məqama yetişdi, bəndəliyi ilə bu məqama ucaldı.
O, həqiqətən də “Sərraf Qasım” idi. İbadətindən, itaətindən, şüküründən və zikrindən heç vaxt qalmazdı, sədəqə verməyi dayandırmazdı. Allah-Taala Sərraf Qasıma rəhmət eləsin! O, Allahın bəxş etdiyi fitri istedad, elm, hikmət və irfan sahibi kimi aramızda bizimlə birlikdə yaşadı, ömür sürdü və nəhayət Allahın rəhmətinə qovuşdu, Aramızdan köçüb əbədi dünyasına getdi. Allah ona rəhmət eləsin!
🎬 Aşağıdakı pleyerə klikləyərək Mirdaməd Seyidovun bu səmimi söhbətlərini onun öz dilindən dinləyə bilərsiniz:
✦ ▬▬▬ ✦ ▬▬▬ ✦
⚠️ DİQQƏT:
Aşağıdakı sayta daxil olmaqla Sərraf Qasımın həyatı və yaradıclığı barədə, onun yaratdığı aşıq məktəbi və ədəbi məktəb haqqında daha ətraflı məlumatlar əldə etmək mümkündür:
wwwSarrafQasim
Yorumlar
Yorum Gönder